YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) əsaslı təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 48 milyon manat ayırıb

Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) əsaslı təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 48 milyon manat ayırıb.

Prezident İlham Əliyev oktyabrın 30-da “Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayrılıb.