YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2019-cu ildə Azərbaycanda bəzi neft məhsullarının istehsalı çoxalacaq

Gələn il Azərbaycanda bəzi neft məhsullarının istehsalının artacağı nəzərdə tutulur.

Bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyində deyilir.

Bildirilir ki, Azərbaycan Respublikasının əsas makroiqtisadi proqnoz göstəricilərində cari ilin sonuna gözlənilən göstəricilərlə müqayisədə 2019-cu il üçün istehsal həcmi aksiz dərəcəsi yüksək olan neft məhsulları, o cümlədən avtomobil benzini üzrə 1,5 faiz artımla 1 milyon 310,7 min ton, dizel yanacağı üzrə 1,5 faiz artımla 1 milyon 975,5 min ton, sürtkü yağları üzrə 11,5 faiz artımla 20,4 min ton, neft bitumu üzrə 15,5 faiz artımla 285,5 min ton, koks üzrə 16,2 faiz artımla 264 min ton olacağı proqnozlaşdırılır.