YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Bu gün qardaş Türkiyə özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın ən qabaqcıl ölkələri sırasında qərar tutmuşdur. Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin gündən-günə artmasına xidmət edir. Türkiyə, həmçinin dünyada və regionda cərəyan edən proseslərdə fəal rol oynayaraq qətiyyətli mövqe nümayiş etdirir.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ikitərəfli münasibətlərimizin əsasını təşkil edən müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bundan sonra da bütün nailiyyətlərimizi şərtləndirən başlıca amil olacaqdır.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirəm.”