YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətdə çox güclü hüquqi qanunvericilik bazası yaradılıb

“Dayanıqlı inkişaf mövcud resurslardan məqsədyönlü şəkildə istifadə edərək onların gələcək nəsillərə ötürülməsini nəzərdə tutur”. Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildiirb ki, hər bir ölkə 17 məqsədin yerinə yetirilməsinə çalışsa da, bu, ölkələrin inkişaf səviyyəsindən asılıdır. Bu prosesdə heç kimin geridə qalmamasını təmin edərək hər kəsə bərabər şərait yaradılmalıdır.

“Azərbaycanda institusional islahatların aparılması və ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan dövləti ölkə əhalisinin fəaliyyətinin ən yüksək səviyyədə təmin olunması üçün hər cür şərait yaradıb. Bundan başqa, Azərbaycanda əhalinin məşğulluğu, sosial müdafiə və təminat məsələlərinə dair bir sıra mühüm layihələr həyata keçirilib. Ölkəmizdə gender bərabərliyinin təmin olunması  istiqamətdə çox güclü hüquqi qanunvericilik bazası yaradılıb. Bu da cəmiyyətdə, ictimai, siyasi və s. sahələrdə qadınların rolunun gücləndirilməsinə şərait yaradıb. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Onun fəaliyyəti ölkəmizdə gender bərabərliyinin genişlənməsinə də şərait yaradıb”-deyə, Komitə sədri vurğulayıb.