YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ARDNŞ-in “Neftqaztikinti” tresti Gürcüstanda iki tenderin qalibi olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” tresti Gürcüstan Bələdiyyə İnkişaf Fondu tərəfindən Kareli və Telavi-Kurdqelauri su təchizat sistemlərinin bərpası layihələri üzrə keçirilmiş tenderlərin qalibi elan olunub.

ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, “Telavi-Kurdqelauri su təchizat sisteminin bərpası” layihəsi üzrə ümumi uzunluğu 48,5 min metrə yaxın olan 20-400 millimetrlik polietilen və 1374 metr uzunluğunda 57-426 millimetrlik polad boru xətlərinin çəkilməsi, dörd rezervuar tikilməsi və üç rezervuarın bərpası, eyni zamanda iki xlorlama binasının inşası nəzərdə tutulur. “Kareli su təchizat sisteminin bərpası” layihəsinə isə 23 min 507 metr uzunluğunda 20-160 millimetrlik polietilen və 21 min 921 metr uzunluğunda 108 millimetrlik polad boru xətləri çəkilməsi və digər işlər daxildir.

Hazırda tərəflər arasında müqavilə şərtlərinin razılaşdırılması prosesi davam edir. Yaxın günlərdə Gürcüstanda ikitərəfli görüşün keçirilməsi və tender üzrə müqavilələrin imzalanması gözlənilir.