YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Vətəndaş cəmiyyəti öz rolunu artırmalıdır

“Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin də rolu var”. Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, vətəndaş cəmiyyəti bu istqamətdə rolunu artırmalıdır.

“Bu prosesdə iqtisadi artımın dayanıqlılığı və inklüzivliyi mühüm rol oynayır. Vətəndaş cəmiyyəti əsas maraqlı tərəflərdən biri kimi dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında mühüm iştirak etməlidir. Vətəndaş cəmiyyəti dövlət proqramlarının reallaşdırılmasının, eləcə də dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində görülən işlərin monitorinqini keçirə bilər”-deyə ekspert qeyd edib.