YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Miloş Prisa: Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanmağa çalışacağıq

Altıncı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunda

Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində qarşıya çıxan problemlərin həlli yollarına dair səmərəli müzakirələr aparıldı, ölkələr öz təcrübələrini bölüşdülər. Nəticədə problemlərin həllinə yeni yanaşma üsulları öyrənildi. Ona görə də DİM-in həyata keçirilməsində ölkələrarası əməkdaşlığın rolu böyükdür. Azərbaycan DİM-i uğurla həyata keçirir. Biz Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanmağa çalışacağıq.

Bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Miloş Prisa deyib.

"Hazırda dünyada davam edən münaqişələr DİM-in həyata keçirilməsi üçün ən böyük maneədir. Belə ki, münaqişələr ölkələrin resurslarını tükəndirir, miqrasiyaya səbəb olur, iqtisadi inkişafa ciddi zərbə vurur. Bununla yanaşı, qanunların təkmilləşdirilməsi, özəl sektorun dəstəklənməsi, təhsilin səviyyəsinin yüksəldilməsi vacibdir", - deyə Miloş Prisa diqqətə çatdırıb.

Qonaq, həmçinin VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu və burada iştirakdan məmnunluğunu ifadə edib.

 

DİGƏR Xəbərlər Arxiv