YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ECO-nun baş katibi ölkəmizdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirib

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin iclası ölkələr arasında özəlləşmə sahəsində təcrübə mübadiləsinin aparılması, üzv dövlətlərdə tətbiq olunan innovativ layihələrin öyrənilməsi və bu sahədə əlaqələrin qurulması baxımından uğurlu platformadır.

Bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Hadi Süleymanpur oktyabrın 26-da Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasında deyib.

Baş katib ölkəmizdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirib.