YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Həsənova: İqtisadiyyatın və sosial sahənin dayanıqlı inkişafı hər zaman Azərbaycan üçün prioritet olub

İqtisadiyyatın və sosial sahənin dayanıqlı inkişafı hər zaman Azərbaycan üçün prioritet olub.

Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O bildirib ki, Azərbaycanda yoxsulluq səviyyəsinin azaldılması üçün müxtəlif proqramlar icra olunub və bu proqramlar yaxşı nəticələr verib.

Onun sözlərinə görə, son onilliklərin hadisələri dayanıqlı inkişafın nə qədər vacib olduğunu göstərir.

Forumun əhəmiyyətindən danışan nazir müavini qeyd edib ki, tədbir Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasının yekunlarının müzakirəsi üçün region ölkələrindən iştirakçıları toplayır.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.