Xəbərlər
Prezident İlham Əliyev Qobustanda yol tikintisinə 6,4 milyon manat ayırıb

Prezident İlham Əliyev oktyabrın 23-də “Qobustan rayonunun Qobustan–Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan–Poladlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.