Xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İsrailin müdafiə naziri ilə görüşüb

Oktyabrın 23-də Təl-Əvivdə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.