YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yıgıncağı keçirilib

 

Bu gün Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yıgıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin 2012-2013-cü illər ərzindəki fəaliyyəti haqqında hesabat  məruzəsi, təşkilatın Təftiş Komissiyasının hesabatı və təşkilati məsələlər müzakirə olunub.

Yığıncaqda  Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri, YAP Mətbuat  xidmətinin rəhbəri Hüseyn Paşayev hesabat məruzəsini  təqdim edib. Təşkilatda 78 üzvün birləşdiyini deyən H.Paşayev iki il ərzində    Həmkarlar İttifaqı Komitəsinin gördüyü işlər haqqında ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri, YAP-ın işlər idarəsinin müdiri Mahir Abbasəliyev Təftiş Komissiyanın hesabatını təqdim edib.

Sonra hər iki hesabat müzakirə olunub. YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək  Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin iki illik fəaliyyəti ilə bağlı fikirlərini bildirib və bu fəaliyyəti qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.

Müzakirələrdən sonra yığıncaq iştirakçıları yekdilliklə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Sonra təşkilatı məsələlərə baxılıb. Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin və Təftiş komissiyasının üzvləri seçilib. Hüseyn Paşayev yenidən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.  

YAP-ın İşlər İdarəsinin müdiri Mahir Abbasəliyev Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri seçilib.