YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə Macarıstanın milli bayramı münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan-Macarıstan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və tərəfdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.”