YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Xalqımızın söykəndiyi islami dəyərlər və ənənələr var ki, bunlardan bizi heç kim uzaqlaşdıra bilməz

«Azərbaycanda dini radikal qrupların mövcud olduğu bəllidir. Lakin bütövlükdə bu qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər. Onların ölkədə sosial dayaqları yoxdur. Çünki dini radikal qrupların Azərbaycana gətirərək təbliğ-təşviq etmək istədikləri «ideyalar» xalqımıza, cəmiyyətimizə xas deyil». Bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, dini-radikal qrupların meydana gəlməsi İslam dininin özünə, islam dünyasına  ziyan vuran məsələdir. Onun sözlərinə görə, bu fəaliyyət  müsəlman dövlətlərində qarşıdurmalara gətirib çıxarır.

«Dini radikal qrupların fəaliyyətinin təhlili göstərir ki, bu qrupların yaradılması müəyyən siyasi və geopolitik maraqları həyata keçirmək məqsədi daşıyır. Dini radikal qruplar hansı islam ölkəsində yaranırsa, orada biz müəyyən qarşıdurmaları, silahlı münaqişəni görürük. Ona görə də, xalqımız bu cür qrupların təbliğinə qarşıdır, onun aradan qaldırılmasında cəmiyyətimiz vahid şəkildə iştirak edir və burada bizim ənənəvi islami dəyərlərin daşıyıcıları olan məscidlərimiz, dini icmalarımız yaxından iştirak edirlər. Xalqımızın söykəndiyi islami dəyərlər və ənənələr var ki, bunlardan bizi heç kim uzaqlaşdıra bilməz»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv