YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Münaqişənin həllinə münasibətdə Azərbaycana beynəlxalq dəctək artıb

“Dövlətimizin uğurlu xarici siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini müdafiə edir”. Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı daim konstruktiv mövqe nümayiş etdirib. Onun sözlərinə görə, ölkəmiz Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlu addımlar atır.

“Bir sıra böyük dövlətlər Azərbaycanın probleminin həlli istiqamətində mövqeyini dəstəkləyir. Son dövrlər ərzində bəzi böyük dövlətlər, beynəlxalq qurumlar tərəfindən müxtəlif səviyyələrdə səslənən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın ədalətli mövqeyinin daha da güclənməsinin növbəti göstəricisidir. Almaniya hökümətinin bir müddət öncə verdiyi bəyanat, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Ermənistan KİV-nə verdiyi müsahibəsində münaqişənin həllinin “sülh naminə torpaq” prinsipinə və işğal olunmuş ərazilərin azad edilməsinə əsaslanmanın vacibliyi ilə bağlı fikirləri buna sübutdur”-deyə, deputat qeyd edib.