YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib

Prezident İlham Əliyev dəniz nəqliyyatı işçilərini təltif edib.

Prezident İlham Əliyev oktyabrın 20-də “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə iki nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.

Ölkə başçısının “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında” imzaladığı Sərəncama əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə bir nəfər 2-ci dərəcəli “Əmək” ordeni, üç nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 18 nəfər “Tərəqqi” medalı ilə, 27 nəfər isə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı digər Sərəncama əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə bir nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.