YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir

“Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir” Bu fikirləri Baş nazirin müavini Əli Əhmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) sədr müavini Van Çen ilə görüşündə söyləyib.

Azərbaycan-Çin əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdıran Ə.Əhmədov tarixi İpək Yolunun xalqlarımız arasında münasibətlərin qurulmasındakı rolunu vurğulayıb.

Hazırda iki ölkə arasında əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, dinamik inkişaf edən çoxtərəfli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirən Ə.Əhmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmlənməsinə töhfələr verdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə iki dəfə Çində səfərdə olduğunu xatırladan Ə.Əhmədov həmin səfərlər zamanı dövlət başçılarının münasibətlərimizin müxtəlif sahələrdə inkişafı ilə bağlı qəbul etdiyi qərarların uğurla icra edildiyini deyib.

Baş nazirin müavini Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin daha da genişlənməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb, ölkəmizin həmin strategiyanın icrasına hər cür dəstək göstərməyə və bu çərçivədə birgə əməkdaşlığa hazır olduğunu bəyan edib.

DİGƏR Xəbərlər Arxiv