YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır

“AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində çox uğurlu addımlar atılır”. Bu fikri AMEA-nın prezidenti, akademik Akif  Əlizadə deyib.

A.Əlizadə bildirib ki, akademiyanın magistraturasını keçən il bitirmiş ilk məzunlarının hamısı bu gün AMEA-da elmi karyeralarını uğurla davam etdirirlər. Onların əksəriyyəti hazırda fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün AMEA-nın doktoranturasında təhsil alır.

 “Akademiyanı intellektual bir beyin mərkəzinə çevirmək niyyətindəyik. Bu gün gənclərin elmə marağı daha da artmaqdadır. Bu da elm sahəsinin daha da inkişafına öz təhfələrini verir”-deyə, akademik vurğulayıb.