YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb

“Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında ölkəmiz Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşması ciddi uğurdur”. Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb. Onun sözlərinə görə, bu gün ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir və bu, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir.

“Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlər öz əksini tapır. Ayrı-ayrı beynəlxalq qurumların hesabatları Azərbaycanın dinamik inkişafa malik olduğunu, sosial-iqtisadi sahədə çox mühüm uğurlar əldə etdiyini bariz şəkildə nümayiş etdirir. Tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilmiş Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşması bu baxımdan mühüm əhəmiyyətə malikdir”-deyə, deputat qeyd edib.