YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır

“Bu il Dünya İqtiadi Forumu ölkələrin gələcəkdə rəqabətə hazırlığını müəyyən edən yeni üsullarla hazırlanmış Qlobal Rəqabətlilik Hesabatını (2018) dərc etmişdir. Dünya İqtisadi Forumuna görə qloballaşma prossesi zəifləyir, bu şəraitdə iqtisadiyyatın inkişafı rəqəmsal transformasiyanın sürəti və onun 4-cü sənaye inqilabına hazırlığı ilə müəyyən olunur”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, hazırki dövrdə dünyanın əksər iqtisadiyyatları üşün əsas problem innovasiyalara uyğunlaşmaq və onları tətbiq etmək potensialına sahib olmaqdır. Ekspertlərin fikrincə, bu kateqoriya üzrə dünyada orta göstərici 36 baldır. Azərbaycan da bu kateqoriya üzrə 36 bal toplayıb.

Onun sözlərinə görə, dünyanin əksər ölkələri üçün vətəndaş institutlarının zəif inkişaf etməsi əsas problem olaraq qalmaqdadır. Hesabatda bu kateqoriya üzrə orta bal 53 müəyyən edilib. Azərbaycan bu kateqoriya üzrə 55.8 bal toplayaraq dünya orta göstəricisini ötmüşdür.

“Dünya İqtisadi Forumu hesab edir ki, dünyada innovativ dəyişiklikləri anlayan və anlamayan ölkələr arasında qlobal uçurum dərinləşməkdədir. Öz iqtisadiyyatlarının rəqabətqabiliyyətini artırmaq istəyən ölkələr ilk növbədə iqtisadiyyatın daxili və xarici şok amillərinə dayanıqlılığını təmin etməli, iqtisadi prosseslərin bütün iştirakçılarının bütün sahələrdə innovasiyaların tətbiqindən gəlir əldə edə biləcəkləri innovativ ekosistem yaratmalıdırlar. Bu ilki hesabatda Azərbaycan 19 göstərici üzrə reytinq göstəricilərini yaxşılaşdırmışdır. Əsasən də korrupsiya insidentlerinin sayinin azlığı, içməli su təminatının əhatəsi, internet istifadəçilərini sayı, yaşayış ömrünün uzunluğu, işçilərin əmək hüququ, sahibkarlara daxili kreditlərin verilməsi , biznesin başlanması xərclərinin az olması, elmi nəşrlərin çoxluğu, patent müraciətlərinin artması, elmi-tədqiqat xərclərinin artması və s kimi göstəriclər üzrə ölkəmizin reytinqdə göstəricləri yaxşılaşmışdır.

Ümumilikdə, bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahib olmuşdur. Belə ki, ölkəmiz tənzimləmələrdə qanunların effektivliyi göstəricisi üzrə – 22-ci yerdə, dövlət tənzimləmələrinin iqtisadiyyata yüklülüyünin azlığına görə - 12-ci yerdə, hökumətin gələcəyə yönəlik fəaliyyətinə görə - 20-ci yerdə, ayrı-ayrı maraqlar toqquşmasının tənzimlənməsinə görə - 16-cı yerdə, dəmir yolu xidmətlərinin səviyyəsinə görə - 17 ci yerdə, əhalinin elektriklə təhcizatı səviyyəsinə görə 1-ci yerdə, dəniz limanlarının xidmət səviyyəsinə görə - 29-cu yerdə, internet istifadəçilərini sayına görə - 36-cı yerdə, əhali arasında rəqəmsal vərdişlərə görə - 15-ci yerdə, öyrətmə yanaşmalrına görə - 27-ci yerdə, vergilərin və subsidiyaların reqabətə təsirinin effektivliyinə görə - 20-ci yerdə, biznesin bashlaması xərclərinin azlığına gorə  17-ci yerdə, sahibkarlıq riskinin azlığıa görə  21-ci yerdə qərarlaşmışdır.

Ölkədə aparılan iqtisadi islahatların gələcəyə yönəlik çağırışları nəzərə alması və Azərbaycanın iqtisadiyyatının dayanlıqlı olaraq gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanması Dünya İqtisadi Forumunun hesabatında bir daha öz əksini tapmışdır”deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv