YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiya Respublikasının parlament nümayəndə heyəti Bakıya gəlir

Çexiya Respublikası parlamentinin Deputatlar palatası sədrinin müavini Voytex Filip başda olmaqla Deputatlar palatasının kənd təsərrüfatı komitəsinin nümayəndə heyəti oktyabrın 13-də Bakıya gələcək.

Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən bildiriblər ki, üçgünlük səfər zamanı nümayəndə heyətinin Milli Məclisdə parlamentin Azərbaycan-Çexiya Dostluq qrupunun üzvləri ilə, habelə kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirliklərində rəsmi görüşləri planlaşdırılıb. Görüşlərdə ekologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.