YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Dəniz Qüvvələri komanda-qərargah təlimi keçirir

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələri komanda-qərargah təlimi keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi dənizçilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qərargahlarda Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi üzrə gəmi taktiki qrupların qarşılıqlı fəaliyyətlərinin planlaşdırılması həyata keçirilir. Həmçinin gəmilərin tam döyüşə hazırolma dərəcəsinə gətirilməsi üzrə qərarlar qəbul edilir.