YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycan-Rusiya Regionlararası Forumu əlaqələrin inkişafı baxımından səmərəli platformadır

“Bir neçə gün öncə Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun  keçirilməsi ikitərəfli əməkdaşlığın genişlənməsinin göstəricidir”. Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, forumun açılışında Azərbaycan və Rusiya prezidentlərinin iştirakı iki ölkə arasında münasibətlərin dərinləşməsinə ən yüksək səviyyədə böyük əhəmiyyət verildiyini təsdiqləyir. Onun sözlərinə görə, bütövlükdə, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Elə bir sahə yoxdur ki, iki qonşu ölkə sıx əməkdaşlıq etməsin. 
“Azərbaycanla Rusiya arasında siyasi, humanitar və mədəni əməkdaşlığın yüksək səviyyəsinə uyğun olaraq ikitərəfli iqtisadi əlaqələr də çox uğurla inkişaf edir. 2017-ci ilin yekununa görə, Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Əlamətdar haldır ki, hazırda Rusiya Azərbaycanda yetişdirilən bir sıra kənd təsərrüfatı məhsullarının böyük həcmlərdə ixrac edildiyi ölkədir. Yəni, iki güclü region dövlətinin iqtisadi sahədə əməkdaşlığının spektri kifayət qədər genişdir.   Bütövlükdə, Azərbaycanın və Rusiyanın regionları arasında əlaqələrin intensivləşməsi və yeni istiqamətləri əhatə etməsi üçün hər iki ölkənin müvafiq qurumları tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçılarının siyasi iradəsi əsasında artıq 9-cu dəfədir keçirilən regionlararası forum da belə tədbirlərdəndir. Forum işgüzar dairələr arasında birbaşa ünsiyyətin qurulması, qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca səmərəli platformadır”-deyə, C.Osmanov vurğulayıb.