YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Ermənistanın xilası işğalçı siyasətə son qoyulmasından keçir

“Kimin nə düşündüyündən asılı olmayaraq, beynəlxalq hüququn və zamanın öz tələbləri var. Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq hüquq və normalara riayət etməsə, onun durumu daha da ağırlaşacaq”. Bu fikirləri  Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, hazırkı vəziyyətdə Ermənistan hakimiyyəti ölkəni xilas etmək üçün addım atmalıdır. Onun sözlərinə görə, bunun bağlıca yolu işğalçılıq siyasıtinə son qoyulmasıdır.

“Məsuliyyətsiz bəyanatlara, ölkənin daxilinə hesablanan, Qarabağ kartı üzərindən mövqeyini möhkəmləndirmək kimi addımlara son qoyulmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə olunmasa da, Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına sadiq qalaraq, səbirlə bu prosesin davamını gözləyir. Azərbaycan Prezidenti İlham Əliyevin və Paşinyanın Düşənbədə baş tutan görüşündə təmas xəttində və sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması barədə əldə edilmiş razılaşma mühümdür. Ümumiyyətlə, bu görüşlərin keçirilməsi lazımlıdır. Müharibələrin sonu danışıqlarla, sülhlə bitir”-deyə, deputat qeyd edib.