YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında Sərəncam imzalamışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında Sərəncam imzalamışdır.

Sərəncamda Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması diqqətə çatdırılır.

Bakı Xoreoqrafiya Akademiyasının yaradılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti qurumlarla birlikdə Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə akademiyanın nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmələri tapşırılmışdır.