YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşını təltif edib

Sentyabrın 28-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və ölkəmizdə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif olunub.

Prezidentin Sərəncamına əsasən, baş prokuror Zakir Qaralov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Həmçinin dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 7 nəfər “Tərəqqi”, 24 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.