YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna Analitik Mərkəzinin rəhbəri: Yeni peykin orbitə buraxılması Azərbaycanın kosmik sahədə güc kimi tanınması deməkdir

Hər bir ölkə öz maliyyə hesabına orbitə peyk buraxa bilmir. Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılması Azərbaycanın kosmik sahədə güc kimi tanınması deməkdir. Bu fikri Ukrayna Analitik Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko deyib.

Onun sözlərinə görə, Azərbaycan peyk xidmətlərindən iqtisadi dividentlər əldə edə bilər. Peyki olmayan ölkələr bu xidmətlərdən istifadə edə bilər.

A.Oxrimenko bildirib ki, Azərbaycanın öz peyklərinə sahib olması ölkənin dünyada təbliğatına da böyük təsir edir.

Qeyd edək ki, Azərbaycanın “Azerspace-2” peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Bununla da son 5 ildə Azərbaycan orbitə 3 peyk çıxara bilib.