YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizin regionları iqtisadi güc amilinə çevrilir

“Son illər ölkəmizin iri şəhərlərində və regionlarda sənaye parklarının və sənaye məhəllələrinin yaradılması geniş vüsət alıb”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bununla sənaye quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Onun sözlərinə görə, sənaye parklarının və sənaye məhəllələrinin yaradılması respublikada innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin və bütövlükdə qeyri-neft sektorunun davamlı inkişafını şərtləndirir.

“Eyni zamanda, bu amil əhalinin istehsal sahəsində məşğulluğunun artmasına öz müsbət təsirini göstərir. Perspektivdə respublika miqyasında dörd sənaye mərkəzinin (Bakı, Sumqayıt, Mingəçevir və Gəncə) yaradılması hədəflənib.  Artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bu sənaye parklarının 50-yə yaxın rezidenti var. Beləliklə, ölkənin regionları da iqtisadi güc amilinə çevrilir”-deyə, deputat qeyd edib.