YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Əmək və sosial siyasət komitəsi payız sessiyası ərzində bır sıra qanunların müzakirəsini nəzərdə tutur

“Parlamentin Əmək və sosial siyasət komitəsi 2018-ci ilin payız sessiyası ərzində bır sıra qanunların müzakirəsini nəzərdə tutur”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, sessiya ərzində komitədə “Turizm haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-ci il büdcəsi haqqında”, Azərbaycan Respublikasında 2019-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-ci il  üçün ehtiyac meyarının həddi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-ci il büdcəsi haqqında” qanun layihələrinə baxılacaq.

“Bununla yanaşı, bir sıra beynəlxalq sazişlər təsdiq ediləcək, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü ilə bəzi qanunvericilik aktlarına dəyişikliklərlə bağlı təqdim edilən layihələr müzakirə olunacaq. Bütövlükdə, payız sessiyasında komitəmiz məhsuldar çalışacaq”-deyə, komitə sədri vurğulayıb.