YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək

“Trans-Adriatik” (TAP) boru kəməri İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək.

Bu sözləri Milanda keçirilən “18° Italian Energy Summit”də TAP-ın icraçı direktoru Luca Schieppati deyib.

“İtaliya təbii qazın böyük hissəsini idxal edir, ona görə də istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətə davamlı enerji lazımdır. TAP bu hədəflərə nail olmağa və bərpaolunan birləşmələrlə dekarbonizasiya məqsədinə çatmağa töhfə verəcək”, - deyə o bildirib.

Luca Schieppati deyib: “İtaliyan ailələr Avropadakılara nisbətən təbii qaz üçün 19 faiz daha çox ödəniş edir. İtaliyanın təbii qaz tələbatını 12 faizini ödəyəcək TAP bu kəsiri azaltmağa kömək edə bilər. Daha çox qaz, daha çox rəqabət xərcləri azaldır”.