YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır

Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır.

Bu sözləri sentyabrın 25-də üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışındakı çıxışında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Y.Musayev bildirib: “Böyük qürur hissi ilə bildiririk ki, istehsal etdiyimiz məmulatlar Silahlı Qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Bu gün müəssisələrimiz beynəlxalq standartlara cavab verə biləcək məhsul istehsal etmək potensialına sahibdir. Bu nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb”.