Xəbərlər
Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və Qananın xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildiriblər ki, görüşlərdə Azərbaycan-Yunanıstan və Azərbaycan-Qana əlaqələrinin mövcud səviyyəsi və inkişaf perspektivləri müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb.