YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur

“Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir Azərbaycanımızın inkişafında, beynəlxalq arenada özünəməxsus yer tutmasında mühüm rol oynayır”. Bu fikri Milli Məclisin deputatı Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, Milli Məclis ən əsası ölkənin qanunverici bazasının formalaşmasında mühüm yer tutur. Milli Məclisin fəaliyyəti nəticəsində bu gün qəbul olunan qanunlar heç də demokratik ölkə parlamentlərində qəbul olunan qanunlardan geri qalmır.

“Parlamentimizin fəaliyyəti özündə sosial sifarişi əks etdirir. Bu səbəbdən də qəbul olunan qanunlar xalqımızın mənafelərinə tamamilə uyğundur və onun həyatına müsbət təsir edir. Məhz belə bir mötəbər gündə - Azərbaycan parlamentinin 100 illiyinin böyük təntənə ilə qeyd olunduğu mərasimdə dünyanın bir sıra ölkələrinin rəhbər şəxslərinin parlamentin xüsusi iclasında iştirak etməs qürurvericidir”-deyə qeyd edib.