YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib

Azərbaycan parlamentinin 100 illik yubileyinin qeyd edilməsi böyük tarixi əhəmiyyətə malik hadisədir. Azərbaycanda 100 il əvvəl qadınlara seçki hüququ verilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu, lakin Azərbaycan xalqı 70 ildən sonra öz müstəqilliyini bərpa etdi.

Bu sözləri Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən bildirib.

Böyük Britaniyanın Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu vurğulayan Bob Bləkmən deyib ki, Britaniya Azərbaycan iqtisadiyyatında yaxından iştirak edir. Bu gün Azərbaycan-Britaniya əlaqələri müxtəlif sahələrdə genişlənir. Keçirilən yüksək səviyyəli görüşlər də əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayır.

“Bu gün demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib. Ölkə mühüm beynəlxalq tədbirlərə, o cümlədən “Eurovision” mahnı müsabiqəsinə, Avropa Oyunlarına, Formula 1 yarışlarına uğurla ev sahibliyi edib. Mən son 8 il ərzində Azərbaycanda 6 dəfə olmuşam və ölkədəki inkişafın canlı şahidiyəm”, - deyə Bob Bləkmən vurğulayıb.

BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin yerinə yetirilməsinin vacibliyini ifadə edən Böyük Britaniya parlamentinin deputatı deyib: “Uzun müddətdir davam edən bu münaqişə qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.