YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır

Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin yaradılması mühüm addım idi. Müsəlman aləmində ilk demokratik dövlət yaratmaqla Azərbaycan həm də müxtəlif dinlərin, xalqların nümayəndələrinin bir yerdə yaşamalarının nə qədər önəmli olduğunu nümayiş etdirdi.

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.

Jan-Fransua Mansel vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament 300-dən çox sənədi, o cümlədən qadınlara səsvermə hüququ verilməsinə dair qərarı təsdiq edib. Bu, bütün dünyaya bir nümunə olub.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə toxunan Jan-Fransua Mansel bu dövrdə parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun misilsiz xidmətlərindən söhbət açıb.

O, Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlərin xüsusi rol oynadığını vurğulayıb.