YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Hərbi parad Azərbaycanla Türkiyənin sarsılmaz dostluq və qardaşlığının göstəricisidir

“Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad Azərbaycanla Türkiyənin sarsılmaz dostluq və qardaşlığının göstəricisidir”. Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri Ulu öndər Heydər Əliyevin “Bir millət-iki dövlət” fəlsəfəsi əsasında uğurla inkişaf edir.

“1918-ci ildə Azərbaycan Milli Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad edib. Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, o cümlədən könüllü xalq dəstələri, görkəmli hərbi xadimlərimiz Əliağa Şıxlinski, Həbib bəy Səlimov və başqaları fəal iştirak ediblər. Bu tarix hər zaman xalqımız tərəfindən böyük fəxarətlə xatırlanacaq və qeyd olunacaq” - deyə, Y.Mahmudov vurğulayıb.