YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Türkiyə Prezidentinin 15 sentyabrda Bakıda keçirilən hərbi paradda iştirakı göstərdi ki, 100 il əvvəl olduğu kimi bu gün də birlikdəyik

“Türkiyə Prezidentinin 15 sentyabrda Bakıda keçirilən hərbi paradda iştirakı göstərdi ki, 100 il əvvəl olduğu kimi bu gün də birlikdəyik”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Bakının düşmən işğalından qurtuluşunun 100-cü ildönümü münasibəti ilə keçirilən hərbi parad çox yüksək səviyyədə təşkil olunmuşdu.

“Hərbi parad təsdiqlədi ki, Azərbaycanla Türkiyə 100 il əvvəl olduğu kimi bu gün də bir yerdədir. Biz birlikdə olanda güclüyük. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Bu hadisə iki ölkə arasında münasibətlərin köklərinin dərin, bu gününün yüksək səviyyəsini, böyük perspektivlərinin və potensialının olduğunu göstərdi”-deyə, deputat qeyd edib.