YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rick Perry: ABŞ TAP boru kəməri layihəsini dəstəkləyir

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəmərini dəstəkləyir.

Bu barədə ABŞ-ın enerji naziri Rick Perry Moskvada Rusiyanın energetika naziri Aleksandr Novakla görüşü zamanı deyib.

“ABŞ avropalıların tək enerji təchizatçısından asılılığını minimuma endirmək arzusunu dəstəkləyir. Həmçinin ABŞ Azərbaycan kimi istehsalçılar da daxil olmaqla qazda artan rəqabəti dəstəkləyir”, - deyə Rick Perry əlavə edib.

Xatırladaq ki, iyunun sonlarında Vaşinqtonda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdə ABŞ-ın enerji naziri Rick Perry Birləşmiş Ştatların Azərbaycanın qlobal enerji layihələrinə dəstəyinin davam edəcəyini demişdi.