YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Xalq artisti Arif Məlikovu 85 illiyi münasibətilə təbrik edib

Prezident İlham Əliyev sentyabrın 13-də Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Arif Məlikovu 85 illiyi münasibətilə təbrik edib.

Təbrik məktubunda Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsinin geniş diapazonlu rəngarəng yaradıcılığı müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindən biri kimi dəyərləndirilib. Bildirilib ki, Qara Qarayev məktəbinin layiqli davamçısı kimi Arif Məlikov xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyi çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib.

Ölkə başçısının təbrik məktubunda Arif Məlikovun gənclərin hamisi və mahir pedaqoq olaraq Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi zəngin təcrübəsindən bəhrələnən istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərdiyi də vurğulanıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, “Heydər Əliyev” və “İstiqlal” ordenlərinə layiq görülmüş Arif Məlikov bu gün Prezidentin Sərəncamı ilə həm də musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

 

DİGƏR Xəbərlər Arxiv