YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: İslahatlar ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün geniş imkanlar açır

«Prezident İlham Əliyevin iqtisadi islahatlar kursu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün geniş imkanlar açır». Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, əlverişli biznes mühiti və infrastruktur, makroiqtisadi sabitlik, dövlət dəstəyi xarici sərmayənin cəlbi üçün münbit zəmindir.

«Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzərində şaxələnmiş nəqliyyat-logistika infrastrukturu ölkəmizin inteqrasiyasına yeni imkanlar açır. Azərbaycan MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurub. Bu kimi faktlar Azərbaycanın son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf etdiyini təsdiqləyən göstəricilərdir. Ötən dövr ərzində iqtisadiyyatın 3,2 dəfə artması isə dünya miqyasında çox böyük nailiyyət hesab edilir»-deyə, R.Əliyev vurğulayıb.