YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Muxtar Babayev: Azərbaycan və Belarus arasında ətraf mühitin qorunması sahəsində birgə layihələr həyata keçiriləcək

Azərbaycan və Belarus arasında ətraf mühitin qorunması və ekologiya sahəsində birgə layihələr həyata keçiriləcək. İki ölkə arasında imzalanan “yol xəritəsi”ndə bir sıra məsələlər əksini tapıb.

Bu fikri Belarusa işgüzar səfərin nəticələrini şərh edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev söyləyib.

Nazir bildirib ki, səfər çərçivəsində “Belovejskaya Puşa” milli parkı və TKO "Trostenets" poliqonunda tullantıların emalı zavodunda tətbiq olunan təcrübə ilə yaxından tanış olublar.

M.Babayevin sözlərinə görə, səfərin məqsədi də ətraf mühit sahəsində təcrübə, kadr mübadiləsi, beynəlxalq təşkilatlarda birgə əməkdaşlığın aparılmasının gələcək perspektivlərini müzakirə etmək idi. İmzalanan “yol xəritəsi” ilə bağlı hər iki ölkənin işçi qrupları bütün detalları araşdıracaq və sənəddə əksini tapan məsələlərin tətbiqinə başlanılacaq.

 

DİGƏR Xəbərlər Arxiv