YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir

«Sentyabrın 15-də Azərbaycan Milli Ordusunun Qafqaz İslam ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsinin 100 illiyinin qeyd edilməsi ilə bağlı verilən qərar həm təhlükəsizlik, həm hərbi, həm də böyük siyasi məna daşıyır». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, burada önəmli məqam yalnız tarixi dirçəltmək, Türkiyə və Azərbaycan arasında qardaşlığın ortaya çıxardığı hadisələri tərənnüm etmək, 100 il əvvəlki dövrlə paralellər aparmaq, bugünkü təhlükələrə qarşı da Türkiyə-Azərbaycan əsgərlərinin yanaşı addımlamasını təmin etmək deyil. Həm də, daha artıq dərəcədə bölgəsəl miqyasda iki dövlət arasında ötən dövrlər müddətində formalaşan münasibətlərin zirvəsini ortaya qoymaqdır.

«Sentyabrın 15-də hərbi paradın keçirilməsi böyük əhəmiyyət kəsb edir. Tədbir kifayət qədər, çətin və mürəkkəb dönəmdə həyata keçirilir. Bu hadisə günün birində Bakı kimi bütövlükdə Dağlıq Qarabağın da işğaldan azad olunmasına dünyanın şahidlik edəcəyini özündə ehtiva edir. Azərbaycan Bakını o dövrdə işğaldan azad edəndən sonra da xalqımız gerçək bir şəkildə bu regionda Şərq aləminin güclü dövlətini formalaşdırıb meydana çıxara bilmədi. Bunun təbii ki tarixi səbəbləri var idi. Lakin hazırkı dönəmdə Azərbaycan Cümhuriyyət dövründən qat-qat güclü siyasi, hərbi güc kimi meydana çıxıb. Bu gün nəinki Bakı və ya bütün Azərbaycanın qorunmasından eləcə də itirilən torpaqlarımızın işğaldan azad olunması imkanlarından danışa bilirik. Mənim fikrimcə,  Azərbaycan heç zaman bugünkü kimi güclü olmayıb. Məhz 15 sentyabr hadisəsi təqvimizin başqa bir günü üçün vəsilə, səbəb olmaqla yanaşı onu formalaşdırmaq üçün önəmli bir gündür. Əminəm ki, qeyd etdiyimiz siyasi təqvimə Dağlıq Qarabağın işğaldan azad olunması günü də əlavə olunacaq»-deyə, deputat qeyd edib.