YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Nikol Paşinyanın fikirləri cəfəngiyyatdan başqa bir şey deyil

«Nikol Paşinyanın Moskvada Dağlıq Qarabağ haqqında səsləndirdiyi fikirlər absurddur. Onun Qarabağı Ermənistanın bir hissəsi kimi təsəvvür etməsi cəfəngiyyatdan başqa bir şey deyil». Bu

fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistanın baş naziri belə mövqeyi ilə münaqişənin həllinə maraqlı görünmür. Onun sözlərinə görə, Paşinyan cəfəng fikirləri ilə danışıqlar prosesini də əngəlləyir.

«Qarabağ tarixi torpağımızdır. Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal edib. Amma biz gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik. Hələ ki, sülh danışıqlarına üstünlük verilir. Əgər Paşinyan hakimiyyəti sülhə getməsə, Azərbaycan öz gücünə torpaqları işğaldan azad edəcək»-deyə, E.Məmmədov vurğulayıb.    

DİGƏR Xəbərlər Arxiv