YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Zirvə görüşü zamanı aparılan müzakirələr türk birliyinin güclənməsinə xidmət edir

«Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünün keçirilməsi mühüm hadisədir». Bu fikri Azərbaycanda Atatatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, zirvə görüşü  zamanı aparılan müzakirələr türk birliyinin güclənməsinə xidmət edir.

«Bütövlükdə, türkdilli ölkələr arasında münasibətlərin daha da güclənməsi istiqamətində önəmli addımlar atılır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti də bu prosesin tərkib hissəsidir. Sevindirici haldır ki, artıq türk dövlətləri tərəfindən yaradılmış təşkilatlar beynəlxalq miqyasda özlərini tanıtmaqdadır. Bu, çox vacib məsələdir. Çünki qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca zəruridir» - deyə, N.Cəfərov vurğulayıb.