YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in baş katibi Azərbaycana səfər edəcək

ATƏT-in baş katibi Tomas Qreminger sentyabrın 11-də Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək:

“Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".

H.Hacıyev əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı istisna deyil.