YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolu müasir İpək yoludur

Tikintisi qardaş Azərbaycanla birgə həyata keçirilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu müasir İpək yoludur.

Bunu Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, bu, regionun inkişafına xidmət edəcək vacib nəqliyyat layihələrindən biridir:

“Azərbaycanla birgə layihə sayəsində Çindən Avropaya fasiləsiz yük daşınması mümkün oldu”.

Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.