YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: İqtisadi cəhətdən Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün böyük və ənənəvi bazardır

«İqtisadi cəhətdən Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün böyük və ənənəvi bazardır. Bizim qeyri-neft məhsulları ixracının 35-%-ə yaxını və kənd təsərrüfatı məhsulları ixracının 90%-ə yaxını Rusiyaya ixrac olunur. İxrac potensialının artması perspektivi böyükdür və Azərbaycan sahibkarları bundan getdikcə daha çox istifadə edəcəklər. Azərbaycan isə Rusiya üçün digər böyük bazarlara çıxış yolunda mühüm ölkədir». Bu fikirləri yap.org.az. saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya- Şərq iqtisadi münasibətlərində Azərbaycanın yaratdığı infrastruktur imkanları və Azərbaycanın bu ölkələrlə uğurlu siyasi və iqtisadi münasibətləri Rusiya üçün çox cəlbedicidir və mühüm imkandır. Eyni zamanda, Avropa Birliyi bazarlarına hər iki ölkənin qaz ixracı imkanları Rusiyaya Azərbaycanla bu mühüm bazarda əməkdaşlıq etməyə sövq edir.

«Bütün bu nüanslar isə Rusiya və Azərbaycan iqtisadi münasibətlərinin bərabəqhüquqlu, qarşılıqlı fayda gətirən və inteqrasiya oluna bilən münasibətlər olduğunu deməyə imkan verir. İmzalanan çox saylı və çox sahəli müqavilələr isə hər iki ölkə üçün iqtisadi cəhətdən mühüm perspektivlər vəd edir»-deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv