YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına dinamizm gətirəcək

«Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri və səfər zamanı Prezident Vladimir Putin ilə müzakirə edilən məsələlər və imzalanan sənədlər böyük əhəmiyyət kəsb edir». Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, iki ölkə arasında münasibətlərin əsasında mühüm faktorlar dayanır. Onun sözlərinə görə, Azərbaycan və Rusiya qonşudurlar, uzun illər boyu vahid sosial-iqtisadi, siyasi, hərbi, ideoloji sistemdə bir dövlətin tərkibində ittifaq respublikaları olublar. Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus icması vardır. Rus icması üçün bütün şərait yaradılıb. Azərbaycan məktəblərində rus bölməsi fəaliyyət göstərir. Rus dilində qəzetlər, saytlar, radio və televiziya proqramları vardır.

«Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına  dinamizm gətirəcək. Əməkdaşlıq daha da genişlənəcək. Rusiyada hələ də Ermənistanı müdafiə edən bəzi dairələr və şəxslər başa düşəcəklər ki, Cənubi Qafqazda Rusiya üçün ən vacib ölkə məhz Azərbycan Respublikasıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Rusiyanın Ermənistana böyük təsir imkanları var. Reginonda sülh və təhlükəsizliyin təmin olunması üçün Dağlıq Qarabağ münaqişəsi  həll olunmalı, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir»-deyə, M.Qasımlı qeyd edib.

DİGƏR Xəbərlər Arxiv