YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Rusiya ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır

«Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edir. Hazırda Rusiya Federasiyasının da daxil olduğu geniş mənada regionumuzda çox mühüm tarixi hadisələr baş verir. Belə mərhələdə qonşu, dost və strateji müttəfiq ölkələrin prezidentlərinin görüşü həm yeni iqtisadi, həm də yeni siyasi-humanitar şərtlərin formalaşması baxımından əhəmiyyətlidir. Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm təmaslar dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir. Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir». Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Rusiya Azərbaycanın ciddi problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxından iştirak edir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli məsələsi Rusiya-Azərbaycan münasibətlərində prioritet təşkil edir. Soçidə bu problemin həlli ilə bağlı da dövlət başçıları arasında müzakirələrdə aparıldı. Onun sözlərinə görə, dövlət başçılarının Soçi görüşünə daha geniş konteksdən nəzər yetirsək görərik ki, Rusiya-Azərbaycan münasibətləri üçtərəfli və dördtərəfli formatlarda da əhəmiyyət kəsb edir.

Həmçinin Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrə toxunan H.Babaoğlu deyib: "Soçidə iqtisadi əməkdaşlığa dair imzalanan sənədlər ölkələrimiz arasında əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır. Azərbaycan Prezidentinin mətbuata bəyanatında qeyd etdiyi kimi, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin çox böyük potensialı var". Soçi görüşlərində deyildiyi kimi, Rusiya ilə Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək. Bununla ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. H. Babaoğlu qeyd edib ki, söylənən bu fikirlərin fonunda yalnız bir məqam durur: Rusiya ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır.