YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qriqori Trofimçuk: Rusiya və Azərbaycan prezidentlərinin görüşünü əlamətdar hesab edir

Rusiyanın tanınmış politoloqu Qriqori Trofimçuk Rusiya və Azərbaycan prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü əlamətdar hesab edir.

Ekspert  müsahibəsində deyib: “Bir çox ekspertlər iki prezident arasında keçirilmiş görüşü onilliyin ən mühüm görüşü hesab edirlər. Bir çox cəhətdən bu fikirlə razıyam. Lakin mən onu daha dəqiq olaraq belə adlandırardım: əlamətdar görüş. Sadəcə o səbəbdən ki, Rusiya və Azərbaycan arasında yüksək səviyyəli danışıqlar Ermənistanın anlaşılmaz davranışının artması fonunda keçdi".

Onun sözlərinə görə, heç də sonuncu dərəcəli olmayan həmin səbəbdən İlham Əliyevin səfərinə məhz bu cür məna verilib. "Xüsusən ona görə ki, razılaşmaların olduqca mühüm bəndlərindən biri, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu ölkənin Rusiyadan getdikcə daha çox hərbi təyinatlı məhsullar almasıdır. Artıq bu məhsulların dəyəri 5 milyard dolları ötür. Bu, bariz nümunədir", - deyə Q.Trofimçuk qeyd edib.

O vurğulayıb ki, Azərbaycan özünü regionda Moskvanın daha etibarlı tərəfdaşı olduğunu göstərir ki, bu da artıq özlüyündə siyasi kapitaldır. Bu mənada onu tez-tez strateji tərəfdaş adlandırırlar, hərçənd ki, Azərbaycan Ermənistan kimi nə Avrasiya İqtisadi Birliyinə, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayıb.

Danışıqların yekunu üzrə imzalanmış böyük sənədlər paketi, rusiyalı ekspertin fikrincə, müstəqil məna kəsb edir və regionda vəziyyəti gərginləşdirmək meylindən uzaqdır.

"Rusiya Prezidenti, öz növbəsində, "Şimal-Cənub" nəqliyyat marşrutunun vacibliyini qeyd edib ki, bu, bütünlükdə regional təhlükəsizliyi möhkəmlətməyə imkan yaradır. Beləliklə, iki prezidentin görüşü Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün möhkəm əsaslar yaratdı", - deyə rusiyalı politoloq Qriqori Trofimçuk  bildirib.